ABŞ hansı ölkələrə diktə və şərtlərlə təzyiq etməyin mümkün olmadığını anlamalıdır - Tural İsmayılov- ÖZƏL

"Əvvəla qeyd edim ki, Blinkenin bu zəngi bir daha göstərir ki, ABŞ Azərbaycanın regionun ən vacib və önəmli ölkə olduğunun fərqindədir." Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Eyni zamanda bu gün Azərbaycanın bölgəsəl gücdən qlobal siyasi güc faktoruna çevrilmə mərhələsi baş verir və Azərbaycan bu gün  dünyadakı vacib təşəbbüslərin, önəmli siyasi institutların və qərarların əsas lokomotivlərindən biri qismində çıxış  edir. Əlbəttə ki, Azərbaycanın bu qlobal məkanda mövqelərini bu qədər irəli çəkməsi ABŞ tərəfindən də dərk edilir. Ona görə də bu gün Amerikadakı erməni lobbisi Amerikadakı konqresmenləri və senatın bəzi üzvlərini ələ alaraq ABŞ-nin  Azərbaycan əleyhinə aqressiv və qəbuledilməz siyasətini tətikləməklə məşğuldur. Faktiki olaraq daha əvvəllər ABŞ-nin  hansısa dövlət katibinin köməkçisinin müavini qismində 5-ci, 10-cu dərəcəli məmurlar Azərbaycanla bağlı nələrisə danışırdılarsa, biz bu gün ABŞ-ın birbaşa dövlət katibinin Azərbaycan Prezidentinə zəng edərək ondan xahiş etdiyini görürük və əslində belə də olmalıdır. ABŞ imperializmi anlamalıdır ki, çağdaş dünya sistemində hansı ölkələrə diktələr və şərtlərlə təzyiq etmək mümkün deyil və onların qarşısında Ermənistan kimi boyunduruq, hansı tərəfdən külək əssə, həmin tərəfə əyilən bir ölkə dayanmır, ona görə də Azərbaycan kimi vacib və önəmli ölkə ilə ancaq normal xahişlə danışmaq olar. Blinkenin bu gün Azərbaycan Prezidentindən xahiş etməsi ölkəmizin gücünü göstərir. Həmçinin ABŞ Azərbaycana qarşı etdiyi demarşdan bir növ geri çəkilir. Hər halda hesab edirəm ki, bu ölkəmizin nə qədər böyük bir qüvvə olduğunu və bunun qarşısında bütün qlobal güclərin hesablaşmalı olduğunu göstərir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31