Blinken Nikol Paşinyanla bunları müzakirə etdi
28 Noyabr 2023 13:07 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Baş nazir Nikol Paşinyan ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.
Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.
Həmsöhbətlər regional vəziyyətlə bağlı məsələləri, eləcə də ikitərəfli münasibətlərin gündəliyini müzakirə ediblər.
Xüsusilə Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesinə toxunulub.
Qarabağdan miqrasiya edən ermənilərin humanitar problemləri və onların aradan qaldırılması üçün Ermənistan hökumətinin atdığı addımlar da müzakirə olunub. Beynəlxalq yardımın vacibliyi vurğulanıb.
Qeyd edək ki, bu gün Blinken Azərbaycan lideri İlham Əliyevə də zəng edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31