Azərbaycan beynəlxalq təşəbbüslərə dəstək verir- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Bu gün Azərbaycan beynəlxalq təşəbbüslərə dəstək verən bir ölkə kimi müxtəlif qlobal məsələlərə həsr edilmiş konfransların, forumların keçirildiyi bir məkana çevrilib". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib:              

"Bu da Azərbaycanın inkişafının, dünyada Azərbaycana artan inamın, etimadın göstəricisidir. Bu Zirvə görüşünün də Azərbaycanda keçirilməsi eyni zamanda ölkəmizin Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin güclənməsinə öz töhfəsini verəcək. Məlumdur ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edib və bu ərazilərdə bərpa-quruculuq işləri aparılır. Bu baxımdan da bu tədbirin həmin ərazilərdə iqtisadiyyatın inkişafına bir mühim töhvə verəcəyi də gözlənilən amillərdəndir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31