Amerika geri çəkilir?- ÖZƏL

"ABŞ-nin  Dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəngi münasibətlərin gərginləşməsinə narahatlığı ilə bağlıdır." Bu fikirləri Olaylar.az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzi rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib: " Amerika rəsmiləri son zamanlar məntiqsiz açıqlamalar verməklə  2 ölkə arasındaki münasibətlərə zərər vururublar. O cümlədən, dövlət departamentin rəsmini O`Braynın konqresdə artıq Amerika rəsmilərinin Azərbaycana səfərlərini dayandırdıqlarını söyləməsi də münasibətlərə zərbə vurdu. Bunun nəticəsində Vaşinqtonda planlaşdırılan Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin görüşü də təxirə salındı. Azərbaycanda faktiki olaraq Vaşinqtonun vasitəçiliyindən imtina etmiş oldu. Bu əslində Amerikanın da maraqlarına uyğun deyil. Çünki Amerikanın Cənubi Qafqazda Milli və Təhlükəsizlik maraqları Azərbaycanla əməkdaşlığı diqtə edir. Amma özlərini bu cür aparanda təbii ki, əməkdaşlığı bu şəkildə davam etdirmək mümkün olmayacaq. İndi Antoni Blinken istiqamətin mənfiyə doğru irəlilədiyini anlayaraq zəng etdi və xahiş etdi ki, O`Brayn Bakıya gəlsin. Prezident İlham Əliyevin də şərti o oldu ki, Bakıda görüş o halda mümkün olar ki, O`Braynın səfərlər təxirə salınıb fikiri geri götürülsün və Amerikada Azərbaycan əleyhinə bu açıqlamalar dayandırılsın. Əgər bu olarsa, əlbəttə ki O`Braynın səfəri mümkündür. Ümumiyyətlə ikitərəfli əlaqələri inkişaf etdirmək hər 2 dövlətin maraqlarına cavab verir. İllərdir Azərbaycan və ABŞ təhlükəsizlik və enerji sahəsində sıx əməkdaşlıq edirlər. Bu əməkdaşlıqdan qopmaq hər 2 dövlətin maraqlarına ziddir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31