Blinkenin zəngi və ya İlham Əliyevlə şəkil çəkdirməyə görə növbəyə düzülənlər... ŞƏRH
28 Noyabr 2023 12:14 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Azərbaycanın ABŞ-a qarşı tətbiq etdiyi qadağalar deyəsən bu ölkənin "kürkünə birə salıb". ABŞ rəsmiləri birdən ayılıblar ki, ey dadi-bidad, düşünmədən, tələsik və əsasız verdikləri qərar əslində özləri üçün problem yaradıb.
Azərbaycanın təkcə ABŞ üçün deyil, eləcə də Qərb də daxil olmaqla dünya ölkələri üçün nə qədər əhəmiyyətli bir ölkə olduğunu dərk edən Birləşmiş Ştatların siyasi elitası nəhayət ki, dərk etməyə başlayıb ki, ənənəvi təzyiq vasitələri ilə müstəqi ölkəmizi yolundan döndərmək mümkün deyil. Sanksiyalar, parlament qərarları, beynəlxalq təşkilatların qətnamələri, vətəndaş cəmiyyətlərinin adı ilə yayılan bəyənatlar artıq Azərbaycan kimi siyasi və iqtisadi dayanıqlığa malik ölkələrin yanından yel də olub keçə bilməz.
Çox güman ki, o da nəzərə alınıb ki, hazırda Azərbaycan təkcə siyasi baxımdan deyil, həm də iqtisadi cəhətdən dünya ölkələrinin ayaqda durmasında mühüm rol oynayır. Təkcə onu xatırlatmaq kifayətdir ki, ölkəmiz çoxsaylı dövlətlərin enerji təhlükəsizliyinin təminatında hansı rolu oynayır. Hələ yenicə istehsalına başlanılan "yaşıl enerji" məsələsini kənara qoyuruq. Yəni, Azərbaycanın o qədər tükənməz yeraltı, yerüstü sərvətlərə, karbohidrogen ehtiyatlara malikdir ki, onlardan yaralanmaq üçün dünya dövlətlərinin liderləri Prezident İlham Əliyevlə şəkil çəkdirməyə görə növbəyə düzülüblər. Belə halda isə Amerikanın "sıxılmış qaz təchizatı" siyasəti heç nəyi dəyişə bilməz.
Nəhayət "səhv edib üzr istəmək heç zaman ziyan gətirməz" deyimini əldə rəhbər tutan ABŞ Dövlət Katibi Prezident İlham Əliyevə zəng vurub. Dövlət katibi Blinken "sarı simə toxunaraq" münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O`Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib.
Təkcə bu fakt deməyə əsas verir ki, Azərbaycan 44 günlük Vətən müharibəsindəki qələbəsi ilə nəinki regionda, eləcə də dünya düzəmində yeni reallıqlar yaradıb. Sözün həqiqi mənasında Azərbaycanın razılığı olmadan Cənubi Qafqazda heş bir addım atmaq, heç bir lahiyəni reallaşdırmaq mümkün deyil. ABŞ da öz növbəsində qırmaq atdı ki, Ermənistan vasitəsilə regionda mövqeyini möhkəmlətsin. Lakin, Ermənistanın bir neçə "adaxlısı"nın olduğunu dərk etdikdən sonra Azərbaycana üz tutmağı məqbul hesab etdi. Uzun illərdən bəri Rusiya, İran və digər neçə-neçə ölkələrə eyni sanksiyalar tətbiq edən ABŞ-ın dərhal Azərbaycan Prezidenti ilə razılığa gəlməsi ölkəmizin nüfuzundan, ən əsası isə yürütdüyü müstəqil xarici siyasətin uğurundan xəbər verir.
Düzdür, ABŞ kimi imperialist dövlətlərin xarici siyasətinin daim və yaxud uzunmüddətli olacağı real görünmür. Günü sabah hansısa bir qurum ölkəmizə qarşı qərəzli bəyənat verə bilər və ABŞ rəsmiləri bildiriərlər ki, həmin qurumun açıqlaması dövlətin rəsmi mövqeyi deyil. Ancaq sirr deyil ki, ABŞ çox vaxt dövlətin sözünü vətəndaş cəmiyyətləri vasitəsilə çatdırır. Bununla bağlı kifayət qədər nümunələr var. Bütün hallarda fakt ondan ibarətdir ki, hazırda Azərbaycan beynəlxalq alımdə öz sözünü deyən ölkəyə çevrilib.
Alim