Komitə sədri vətəndaşların bəzi məsələlərini yerindəcə həll edib- ÖZƏL
28 Noyabr 2023 11:25 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Milli Məclisin inzibati binasında Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran xanım Hüseynova vətəndaş qəbulu keçirib. "Olaylar" xəbər verir ki, komitə sədri qəbulda vətəndaşların müraciətlərini dinləyib. Komitə sədri vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb. Səsləndirilən müraciətlər əsasən ailə, qadın və uşaq problemləri, səhiyyə, işlə təminat, əmək pensiyaları, sosial məsələlərlə bağlı olub.
Qeyd edək ki, görüşdə vətəndaş müraciətlərində əksini tapan bəzi məsələlər yerində həll edilib. Digər bir qism müraciətlərin araşdırılması üçün aidiyyəti orqanlara sorğular göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31