Azərbaycan İraq münasibətləri daha da güclənəcək- ÖZƏL

"İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə rəsmi səfəri ikitərəfli münasibətlərin güclənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Öncəliklə qeyd edək ki, Azərnaycan-İraq diplomatik münasibətlərin inkişafı üçün cənab Əbdüllətif Camal Rəşidin ölkəmizə səfəri tarixi səfər hesab olunur". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynovun sözlərinə görə, Prezident İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında bu məaqamı xüsusi olaraq vurğulayıb: ""Əminəm ki, bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq. Yeri gəlmişkən, bu, diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Ona görə də bu, tarixi səfərdir". Xatırladaq ki, bu ilin martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilmişdir. Həmin görüşdə iştirak etmək üçün İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilk dəfə olaraq Azərbaycana səfər etmişdir. O səfər zamanı Prezidetnlər görüşmüşdür. Görüş zamanı Prezident İlham Əliyev İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidi Azərbaycana rəsmi səfərə dəvət etmişdir.
Noyabrın 20-də Prezidentlərin təkbətək və geniş tərkibdə görüşləri də keçirilib. Bu görüşlərdə dövlət başçıları aparılan müzakirələrin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına mühüm töhfə verəcəyinə əminliklərini bildiriblər. Təkbətək görüşdə dövlətimizin başçısı İqtisadi-ticari, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın yaxın vaxtlarda İraqda iclasının keçiriləcəyini və onun iqtisadi-ticari əlaqələrin daha da genişlənəcəyində mühüm rol oynayacağını deyib.
İraq Prezidenti Azərbaycan ilə əlaqələrin daha da inkişafında əzmli olduqlarını vurğulayıb, səfər çərçivəsində imzalanan sənədlərin əlaqələrimizin genişlənməsinə böyük töhfə verəcəyini bildirib. Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birinin mövqelərini dəstəklədiyi məmnunluqla vurğulanıb, Azərbaycanın və İraqın işğaldan əziyyət çəkdiyi, amma bu vəziyyətin keçmişdə qaldığı qeyd edilib. Geniş tərkibdə görüşdə nümayəndə heyətlərinin iştirakı ilə vacib məsələlərin müzakirəsi davam etdirilib. Həmçinin iqtisadi-ticari əməkdaşlıqla bağlı mühüm məsələlərin müzakirə edilib. Qeyd edək ki, gələn ay Azərbaycan nümayəndə heyəti birgə iqtisadi komissiyada iştirak etmək üçün İraqa səfər edəcək.
Diqqət çəkən məqam odur ki, İraq Prezident Əbdüllətif Camal Rəşid iki ölkə araqında əlaqələrin gücləndirilməsi, ticarət, siyasət, eləcə də beynəlxalq məsələlərə dair Prezident İlham Əliyevdən məsləhət almaqdan məmnunluğunu ifadə edib: "Sizi görmək hər zaman xoşdur. Əlaqələrin gücləndirilməsi, ticarət, siyasət, eləcə də beynəlxalq məsələlərə dair Sizdən məsləhət almaq çox yaxşı haldır. Biz iki ölkə arasında əlaqələrimizi daha da gücləndirməkdə çox qətiyyətliyik"
Geniş tərkibdə görüşdən sonra iki ölkə arasında anlaşma memorandumlarının imzalanması mərasimi olub. İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə səfəri çərçivəsində sosial müdafiə, turizm, siyasi məsləhətləşmələr və hava əlaqəsi haqqında sənədlər imzalanıb. Bu sənədlərin imzalanması Azərnaycan-İraq münasibətlərini daha da gücləndirəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31