NATO Əlaqələndirici Bürosunun rəhbəri Azərbaycana gəldi

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Gürcüstanın paytaxtı Tbilisidə yerləşən NATO Əlaqələndirici Bürosunun rəhbəri Aleksandr Vinnikov Azərbaycana gəlib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ınin Azərbaycandakı səfirliyi məlumat yayıb.

"Müvəqqəti işlər vəkili Hüqo Qevara NATO-nun tərəfdaş ölkəsi olan Azərbaycana səfər edən Tbilisidə yerləşən NATO Əlaqələndirici Bürosunun rəhbəri cənab Aleksandr Vinnikov ilə görüşüb", - məlumatda deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31