Ermənistanı bu aqibət gözləyir - Elşad Həsənov-ÖZƏL
28 Noyabr 2023 10:42 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Politoloq Elşad Həsənov Olaylar.az-a açıqlamasında Ermənistanı gözləyən aqibətdən danışıb: "Biz 44 günlük müharibədə torpaqlarımızı geri qaytardıq və 2023-cü ilin sentyabrın 19-20-si, yəni 1 günlük antiterror tədbirlərində qalan digər torpaqlarımızı erməni işğalçılarından azad etdik. Azərbaycan ərazisində hökm sürən xunta rejimi çökdü. Qeyri-qanuni erməni silahlı dəstələri məhv edildi və onlar təslim oldular, silah-sursatları əllərindən alındı, özləri də rədd olub getdilər. Azərbaycan öz ərazisində suverenliyi bərpa etdi, konstitusiya hüquqlarını təsbit etdi. Bununla da Ermənistanla bizim aramızda olan problemlər çözüldü. Artıq bizim Ermənistanla heç bir həll edilməmiş məsələmiz qalmayıb. Biz istəyirik ki, sülh müqaviləsi bağlansın və iqtisadi çarxlar işləsin. Həmin hadisədən sonra Qərb, Amerika Ermənistanı silahlandırmaqla məşğuldur və Ermənistandaki revanşist qüvvələrə yeni ideya ilə onları Azərbaycana qarşı daha radikal mövqedə tutmağa çalışırlar. Burda əsas məsələ Cənubi Qafqazda məsələnin sülhlə bitməsini istəməyən qüvvələrdir. Qərb ona görə istəmir ki, sülh müqaviləsi bağlansa, münaqişə olmasa, Cənubi Qafqaza müdaxilə edə bilməyəcəklər. Bu gün onlar istəyirlər ki, burda münaqişə olsun, yeni müharibə ocağı yaransın və bundan istifadə edərək Amerika, Qərb Ermənistana müdaxilə edə bilsin. Burda əsas məqsəd Rusiyadır, Rusiyanın varlığına Cənubi Qafqazda, xüsusilə Ermənistanda son qoymaqdır. Bu Qərbin, Amerikanın əsas geostrateji məqsədidir ki, Rusiyanı burdan tamam çıxartsınlar, amma indi ki dövrdə bu real görünmür. Rusiyanın hərbi bazası var və bu hərbi bazanın müqaviləsi 2044-cü ilə qədər Ermənistanla uzadılıb. Ermənistanın iqtisadiyyatının 70%-dən çoxu ruslara məxsusdur. Onların elektrik enerjisi, dəmir yolu, hətta sərhədlərinin mühafizəsi də rusların əlindədir. Ona görə də, bu gün rusların ordan çıxarılması real görünmür. Hakimiyyətdə olan Nikol Paşinyan və onun tərəfdarları SOROS fondunun vəsaiti hesabına hakimiyyətə gəliblər və ona görə də onların, yəni Qərbin dediyini etməyə çalışırlar. Onlar çaba göstərirlər ki, Rusiyadan qopsunlar, bu məsələ də real görünmür. Ona görə də, Qərb Ermənistanı müharibəyə sürükləyir. Burda müharibə Azərbaycanla Ermənistan yox, daha çox Ermənistan və Rusiya ilə gözlənilir. Son illərdə Ermənistan KTMT-nin keçirdiyi tədbirlərdə, ümumiyyətlə Rusiya ilə bağlı olan tədbirlərin heç birində iştirak etmir, nə iqtisadi, nə hərbi tədbirlərdə. Açıq-aşkar onları iqnor edir. Son Minskdə keçirilən KTMT-nin görüşündə də iştirat etməkdən imtina etdilər. Hələlik Rusiya buna dözümlülük nümayiş etdirir, bildirirlər ki, KTMT-dən çıxmayacaqlarına inanırlar. Əgər KTMT-dən çıxmaq arzusunu açıq- aşkar bildirsələr, o zaman nə olacaq? Təbii ki, Rusiya buna razı olmayacaq, çünki Ermənistanın dövlət kimi var olmasına səbəb Rusiyadır. 1805-ci ildən sonra Rusiyanın dəstəyi ilə Cənubi Qafqazda belə bir vilayət yarandı. Sonra isə Sovet hakimiyyəti qurulanda Ermənistan dövləti Azərbaycanın torpaqları sayəsində yarandı. Təbii ki, Sovet dönəmində də, ondan sonra da həmişə Rusiya Ermənistanı dəstəkləyib, onlara yadımlar göstərib, dövlət olaraq qalmağına səbəb olub. Ancaq bu gün görünən odur ki, artıq Ermənistan hakimiyyəti Rusiyaya arxa çevirir və özünə yeni ağalar, yeni hamilər, rəhbərlər seçir. Bu da Fransadır, Amerikadır. Artıq Fransa da Ermənistanı silahlandırır. Ermənistanın artıq zirehli maşınlarını Fransa verdi. Eyni zamanda Hindistandan hərbi raketlər və raket qurğuları, 260 milyon dollar civarında hərbi avadanlıqlar alırlar. Bunların güya müdafiə üçün olduğunu bildirirlər. Nə müdafiə, kimdən müdafiə üçün? Kimdir onlara hücum edən? Bütün bunlar onu göstərir ki, həmin Qərb istəyir ki, Ermənistanla Rusiya arasında müharibə başlasın, Rusiyaya qarşı 2-ci cəbhə açılsın və Rusiya, Rusiya-Ukraniya müharibəsində, Rusiya
-Ermənistan müharibəsində tamam taqətdən düşsün, parçalansın. Bu Qərbin geostrateji marağıdır, geostrateji planıdır, ancaq bu nə dərəcədə alınacaq onu zaman göstərəcək. Mən inanıram ki, Rusiya zəifləsə də o, hegemon dövlətdir. Rusiya Ermənistanı yaratdığı kimi də, boğub məhv edəcək gücdədir. Ona görə də, yaxın zamanda Ermənistanla Rusiya arasında münasibətlər daha da gərginləşəcək və Ermənistan KTMT-dən çıxmaq qərarını elan edəndən sonra da təbii ki, Rusiya Ermənistana hərbi müdaxilə edəcək. Tez bir zamanda da Ermənistanı tam işğal edəcək. Hesab edirəm ki, Ermənistana nə Amerika və Fransa heç bir köməklik etməyəcək. Çünki, hər şey gözümünüz qabağındadır. Ukraniyada olan hadisələr, 2008-ci ildə Gürcüstanla Rusiya arasında olan müharibədə yenə də həmin Qərb, həmin Amerika Gürcüstana heç bir dəstək göstərmədi və nəticədə də Gürcüstan həm Cənubi Osetiya həm də Abxaziya ərazilərini itirdi. O torpaqlar bu gün də Rusiyanın işğalı altındadır. Həmin aqibəti Ermənistan da yaşayacaq."