Qərb dairələri Qafqazda yeni bir cəbhənin açılmasını arzulayırlar-Fərhad Mehdiyev - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Qərbin bundan əvvəl də hansısa dövlətləri müharibəyə sürüklədiyini görmüşük, MDB ərazisində bunlardan Gürcüstan və Ukraynanı misal göstərmək olar." Bu fikirləri politoloq Fərhad Mehdiyev Olaylar.az-a açıqlamasında bildirib:
"Hazırda Ermənistana sülh sazişini imzalamaması üçün aldadıcı dəstək verən bəzi Qərb dairələri, Qafqazda yeni bir cəbhənin açılmasını arzulayırlar, və əslində bununla həm də Rusiyanı yeni cəbhəyə çəkməyə çalışırlar.
Azərbaycanın Ermənistanla vasitəçi olmadan görüşmək istəməsi Azərbaycan Prezidentinin sülh quruculuğundaki səmimiyyətini göstərir. Azərbaycan heç bir dövlət olmadığı qədər Qafqazda sülhün yaranmasında maraqlıdır."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31