Ermənistan tarixi fürsəti əldən qaçırmamalıdır- ÖZƏL

"Artıq Azərbaycan bütün ərazisində özünün suverenliyini tam bərpa edib. Ölkəmiz qarşısına qoyduğu bütün hədəflərinə çatıb və bizə yeni müharibə lazım deyil". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Məclisin üzvü Kamaləddin Qafarovun sözlərinə görə, Ermənistan isə hələ də Cənubi Qafqazda destabillik yaratmaq istəyən xarici qüvvələrin təhrikinə uyaraq hansısa qisas haqqında düşünərsə, bu heç bir yaxşı nəticəyə gətirib çıxarmaz: "Buna görə də Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır. Bu gün Azərbaycan ədalətli, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında bağlanacaq sülhə hazır olduğunu bəyan edirsə, Ermənistan bu tarixi fürsəti əldən qaçırmamalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31