Prezident İlham Əliyev “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklikləri təsdiqlədi

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Prezident İlham Əliyev "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə" qanunu təsdiq edib.

Olaylar.az xəbər verir ki, Prezident İlham Əliyevin bununla bağlı imzaladığı sərəncama əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri nəzərə alınmaqla, Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, həmin qanundan irəli gələn digər məsələləri həll etməlidr.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31