Azərbaycan lagistik mərkəzə çevrilib- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Bu gün əslində Azərbaycan Asiya ölkələrinin, Avropaya, Türkiyəyə, Gürcüstana bir qapı rolunu oynayır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, son illər Azərbaycanda nəqliyyat infrastrukturunu daha da genişləndirib: "Bu gün Rusiya-Ukrayna müharibəsi fonunda bu istiqamətdə yüklərin daşınmasında artım özünü açıq şəkildə göstərir. Bu gün qardaş, dost əlaqələri nəzərə alınaraq əlbətdə ki, Asiya ölkələri də öz sərvətlərinin xaricə eksport olunmasında maraqlıdırlar. Bu gün Azərbaycanın çox geniş imkanları var ki, Azərbaycan bir lagistik mərkəzə çevrilsin. Bunun üçün bizim artıq infrastrukturumuz hazırdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31