Ermənistan Fransanın təsiri altından çıxa bilmir- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Tarix boyu müstəmləkə siyasəti yürüdən Fransa Cənubi Qafqazda öz çirkin siyasətini həyata keçirmək üçün Ermənistandan istifadə edib və bu niyyətini bu gün də davam etdirir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin üzvü Kamilə Əliyeva deyib: "Azərbaycan torpaqlarını 30 il işğalda saxlayan Ermənistana Fransa hər zaman dəstək verib. Cənab İlham Əliyev Prezident seçildiyi ilk vaxtdan Azərbaycanla Ermənistan arasında münaqişənin sülh yolu ilə həll edilməsinə çalışıb. Ermənistan dövləti isə Qərbdəki havadarlarının dəstəyi və köməyi ilə işğalı davam etdirirdi. Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq hərbi yolla torpaqlarını işğaldan azad etdi və Qarabağda öz suverenliyini tam bərpa etdi. Artıq ölkəmizin bütün ərazisində Azərbaycan bayrağı dalğalanır. Təəssüf olsun ki, Ermənistan hakimiyyəti bu gün də Fransanın təsirindən çıxıb sülh müqaviləsi bağlamağa cürət etmir. Ölkə başçımız çıxışında bir daha sülh danışıqlarının heç bir dövlətin vasitəçiliyi olmadan Azərbaycan Ermənistan arasında aparılmasının müsbət nəticələnə biləcəyini vurğuladı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31