Putin: Qərb ölkələrinin qloballaşma modeli dərin böhran içindədir - ÖZƏL
27 Noyabr 2023 14:13 SiyasətOlaylar xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin, Qərb ölkələrinin öz maraqları naminə formalaşdırdığı qloballaşma modeli "faydalılığını itirib və dərin böhran içindədir", deyib.
Onun sözlərinə görə, hazırda "yeni, daha ədalətli beynəlxalq münasibətlər sistemi" yaranır. Bu fikri dövlət başçısı "Primakov oxumaları" beynəlxalq forumunun iştirakçılarına təbrikində deyib.
Rusiya prezidentinin sözlərinə görə, "tanınmış ölkələr qrupu" azalmaqda olan təsirlərini saxlamaq istəyindən əl çəkmək niyyətində deyil.
Vladimir Putin qeyd edib ki, "bu ölkələr" şantaj, zorakı təzyiq tətbiq edir, həmçinin beynəlxalq hüquq sistemini bir növ "qaydalara əsaslanan nizam"la əvəz edir. "Belə sabitliyi pozan xətt həm Ukrayna ətrafında böhranlı vəziyyətə, həm də Fələstin-İsrail münaqişəsinin faciəvi şəkildə kəskinləşməsinə səbəb oldu", - deyə prezident yekunlaşdırıb.