Bəzi dünya güclərinin beynəlxalq hüququn arxasında gizlənmələri vəziyyəti gərginləşdirir- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Bu gün Azərbaycan regionda, həmçinin daha böyük coğrafiyada sabitləşdirici rol oynamaqla, qlobal miqyasda ədalətin carçısına, bəzi böyük dövlətlərin ədalətsiz davranışlarına və müstəmləkəçi siyasətlərinə qarşı çıxan xalqların azadlıq mübarizəsinə dəstək verən qüvvəyə çevrilib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib: "Dövlət başçısı İlham Əliyevin çağırışlarında bu mühüm məqam əsas yer tutur ki, ədalət və beynəlxalq hüquq əsasdır, onların tətbiqi üçün vahid mexanizm olmalıdır. Hazırkı dövrün əsas çağırışı regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanla sülh müqaviləsinin imzalanmasıdır. Azərbaycan tarixi Zəfərindən sonra qarşı tərəfə sülh təklifini etsə də hələ də Ermənistanın  konkret addım atmadığı göz önündədir. Bəzi dünya güclərinin ədaləti və beynəlxalq hüququ maraqlarının arxasında gizlətmələri vəziyyəti gərginləşdirir. Azərbaycanın təşəbbüsü ilə keçirilən SPECA-nın Zirvə görüşündə imzalanan Bakı Bəyannaməsində qarşıdakı dövrün hədəfləri və onlara nail olmağın yolları açıqlanıb."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31