Məcburu atəşkəs İsrailə nə vəd edir?- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Bir aydan artıq davam edən münaqişədə İsrail Həmas üzərində istədiyi nəticəyə nail ola bilmədi və beynəlxalq ictimaiyyət və daxilidəki qüvvələrin təzytiqi nəticəsində atəşkəsə razı olmaqla  geri addım atdı". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Əlimusa İbrahimovun sözlərinə görə, onun quru əməliyyata başlamaqla qısa müddətdə qəzzanya daxil olub oranı Həmas qüvvələrindən təmizləmək və həm də bunkerlərdə saxlanan girovları azad etmək idi: "Bir ay davam edən ağır döyüşlərdən sonra Qəzza yenə də "İslami Cihad" qruplaşmasının nəzarəti altındadır və girovların sayı isə getdikcə artır. Üstəlik Həmas rəhbərləri  mütəmadi olaraq İsrailin bombaları altında girovların da qurban getdikləri barədə məlumatlar verirlər. Dünya ictimaiyyəti tərəfindən Qəzzada sivil insanların öldürülməsi ilə bağlı narazılıq getdikcə artmaqda davam edir. Bütün bunlara diqqət yetirdikdə  Qəzza zolağında elan edilən dörd günlük atəşkəsin  İsrail hökumətinin məcburi addımı kimi qiymətləndirmək olar.
Ancaq İsrail hökuməti Qəzza zolağına nəzarəti ələ keçirmək və Həmasla bağlı olan qüvvələri  ilə əlaqəli hər şeyi məhv etmək, "İslami Cihad" üzərində hərbi qələbə qazanmaq istəyirdi. Ancaq ay yarım davam edən döyüşlərdən sonra İsrail ordusunun nail olduğu nəticə qaneedici deyil. Kütləvi bombardmanlara və əsasən mülki əhalinin ziyan çəkməsinə  baxmayaraq, İsrail bu müddət ərzində  hərbi məqsədlərinə nail ola bilmədi. 
İsrailin Qəzza Zolağını HƏMAS-dan tamamilə azad etmək istəyi hələ ki, asan görünmür. Çünki Həmas hərbi qrup olmaqla yanaşı həm də dövlət içində dövlətdir. Həmasa gəlincə onun üçün bu atəşkəs çoxdan arzu olunan idi. Çünki onun hərbi qanadına malik olanların kütləvi şəkildə məhv edildiyi göz qabağında idi. Atəşkəs dinc sakinlərlə yanaşı bu döyüşçülərin də ölümünün qarşısını müəyyən qədər alacaq. İndi hamını bir məsələ düşündürür: Atəşkəs nəzərdə tutulduğu kimi 4 gün davam edəcəkmi? Davam edərsə, bu gələcək atəşkəslər üçün əsas olacaq. Yox 4 gün bitməmiş döyüş yenidən başlayarsa, bu heç də yaxşı əlamət hesab olunmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31