Azərbaycan Ukraynaya minatəmizləmə maşını verib

Azərbaycan ukraynalı xilasedicilərə "Revival P" tipli yeni tırtıllı minatəmizləmə maşını təhvil verib.

Olaylar.az-ın məlumatına görə, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.

"Azərbaycan tərəfi Poltava vilayətinin xilasedicilərinə "Revival P" mexanikləşdirilmiş minatəmizləmə avtomobilini təhvil verib", - deyə bildirilib.

Avadanlıq istehsal edən şirkətin nümayəndələrinin Ukraynaya gəldiyi və ukraynalı mütəxəssislər üçün treninqlər keçəcəyi də bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31