"ABŞ-ın siyasəti Ermənistanı məhv edəcək” - Politoloq
20 Noyabr 2023 13:36 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"ABŞ Azərbaycanın daxili işlərinə və regiona müdaxilə etməməlidir. Azərbaycanın Amerika siyasətini eyni tərzdə həyata keçirmək kimi öhdəliyi yoxdur. Hər bir ölkə öz milli maraqlarına uyğun siyasət həyata keçirir. Azərbaycan öz Konstitusiyasına, Təhlükəsizlik Konsepsiyasına uyğun siyasət aparır".
Olaylar.az xəbər verir ki, bu fikirləri politoloq Cümşüd Nuriyev bildirib.
O qeyd edib ki, ABŞ və digər Qərb ölkələri dünyada münasibətləri öz maraqları çərçivəsindən nizama salmağa çalışırlar. ABŞ-ın 2015-ci ildə qəbul etdiyi doktrinasında da "Amerika nə desə, dünya onu qəbul etməlidir" tezisi irəli sürülüb:
"ABŞ öz maraqları naminə ədalətsizliyə tərəf çıxır, işğalçıları qoruyur, onları himayə edir. Bu gün ABŞ Ermənistan kimi marionet bir ölkə ilə böyük siyasət həyata keçirmək istəyir. ABŞ-ın həyata keçirmək istədiyi siyasət işğalçılıq mahiyyəti daşıyır. Əslində bu ölkənin hədəfi Ermənistanın bir dövlət kimi məhv olmasıdır".
Politoloq qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək niyyətində idi və buna da nail oldu. Bu, Azərbaycanın 2004-cü ildə qəbul edilmiş Təhlükəsizlik Konsepsiyasında öz əksini tapıb. Eyni zamanda 2007-ci ildə "Milli Təhlükəsizlik haqqında" qanun qəbul edilib. Azərbaycan öz qəbul etdiyi qanunlara uyğun olaraq təhlükəsizliyini və ərazi bütövlüyün təmin edib:
"ABŞ Minsk Qrupunda həmsədr kimi bu işə bir fayda vermədi. Minsk Qrupuna daxil olan dövlətlər Azərbaycanın ərazi bütövlüyü ilə bağlı konkret addım atmaqda çətinlik çəkdilər".