Tehrandan ABŞ-yə CAVAB: Azərbaycanla münasibətlərimizə qarışmağa haqqın yoxdur

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

ABŞ-nin İran və Azərbaycan münasibətlərinə qarışmaq haqqı yoxdur.

Olaylar.az xəbər verir ki, bunu İran XİN sözçüsü Nasir Kənani deyib.

"Amerikalılar regionun məsələlərində müdaxilə etməkdən əl çəksinlər. Amerikalılar ağızlarından böyük sözlər danışırlar", - deyə o bildirib.

Qeyd edək ki, Vaşinqton İranla Azərbaycan arasında imzalanmış dəhliz anlaşmasını da hədəfə alıb. Blinkenin köməkçisi Ceyms Obrayn Azərbaycanı İran və Rusiya ilə birgə hərəkət etməkdə ittiham edib. Halbuki indiyədək ABŞ-ın regional siyasətinə zərbəni Ermənistan vurub, Azərbaycan yox.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31