Ağdam rayonu heç bir güllə atılmadan Azərbaycana təhvil verildi- ÖZƏL
20 Noyabr 2023 12:46 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"44 günlük Vətən müharibəsində məğlub olan mənfur düşmən 10 noyabr tarixli Üçtərəfli Bəyanatı imzalamağa məcbur oldu. Bununla da Ağdam rayonu heç bir güllə atılmadan Azərbaycana təhvil verildi". "Olaylar" xəbər verir ki, bunu YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə deyib: "Üçtərəfli Bəyanata görə 23 noyabr 2020-ci ildə Ağdam şəhəri azad edildi. Ağdamın Azərbaycana təhvil verilməsindən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdama səfər edərək Azərbaycan bayrağını burada qaldırdı. Tarixi qələbədən sonra isə milli ideyanın ikinci mərhələsi-azad edilən torpaqların minalardan təmizlənməsi, düşmənin xarabalığa çevirdiyi yurd yerlərini dirçəltmək, genişmiqyaslı infrastrukturu qurmaq, Böyük Qayıdışa hazırlaşmaqdan ibarət oldu. Bununla da Ağdamda böyük quruculuq-bərpa işləri başladı".