Fransa və ABŞ-ın Cənubi Qafqazda yeni münaqişə ocağının yaradılmasında marağı- ÖZƏL
20 Noyabr 2023 12:42 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Fransanın ardınca ABŞ-Azərbaycan münasibətlərində yaranmış gərginlik Ermənistandan başqa regionun digər dövlətlərini ciddi narahat edir. Burada hesab olunur ki, Fransa və Amerika dueti Ermənistanı bu şəkildə ciddi cəhdlə müdafiə etməklə regionda gələcək müharibəyə şərait yaradırlar. Və belə düşünənlər haqlıdır, çünki onlar Amerika və digər qərb dövlətlərinin regionumuzda və dünyanın müxtəlif yerlərində bu vaxta qədər həyata keçirdikləri hadisələri örnək götürürlər". "Olaylar" xəbər verir ki, bunu politoloq Əlimusa İbrahimov deyib: "Dövlət Departamentinin Avropa və Avrasiya Bürosundakı müavini, Ceyms O. Brayenin "ABŞ-ın Azərbaycana münasibəti əvvəlki kimi olmayacaq" bəyanatına, 907-ci düşəlişin yenidən qüvvədə qalması haqda qərara cavab olaraq Xarici İşlər Nazirliyi Ceyms O. Brayenin çıxışının tezislərini "birtərəfli, qərəzli, əsassız və qəbuledilməz" kimi qiymətləndirib və yüksək səviyyəli Amerika nümayəndələrinin Bakıya səfərlərinə moratorium elan etdi. Vaşinqton-Bakı münasibətləri bunadək də heç də hamar olmayıb, amma 44 günlük müharibədən sonra ilk dəfədir ki, bu səviyyədə gərginləşdi. Bu istiqamətdə müxtəlif səbəblər səsləndirilir və ən çox rastlaşdığımız isə Fransa və ABŞ-ın Cənubi Qafqazada yeni münaqişə ocağının yaradılmasında maraqlı olması versiyasıdır. Bu dövlətlər son illərdə həqiqətən sülh, əmin-amanlıq deyil, müharibə, qarışıqlıq və xaosa can atırlar. Təbii ki, öz ölkələrində deyil, özlərindən uzaq və onlardan ümid gözləyən ölkələrdə.
Belə isə Ermənistan onun vasitəsi ilə regionda bu dövlətlərin qarışıqlq yaratmaq arzu və istəyindən xəbərdar deyilmi? Əlbəttə xəbərdardır. Lakin bu bütün mövcudluğu boyu ələbaxımlığa öyrənmiş dövlətin onsuz başqa çıxış yolu yoxdur. Onsuz da gələcək ermənilər və erməni dövləti üçün qaranlıqdır və hər keçən gün beynəlxalq arenada vəziyyəti çətinləşir. Əgər belə demək mümkünsə. Ermənistanın itirəcəyi və itirməkdən qorxacağı bir məfhum yoxdur. Ona görə də hazırda stabil şəraiti və parlaq gələcəyi olan digər region dövlətlərini də özləri ilə "cəhənnəmə aparmaq " istəyirlər. Amma alınacaqmı?"
