Ağdam hər zaman düşmənə gözdağı olub- ÖZƏL
20 Noyabr 2023 12:36 Siyasət"Birinci Qarabağ müharibəsində 6 mindən çox şəhid verən Ağdam hər zaman düşmənə gözdağı olub. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdam yenidən qurulur, özü də daha möhtəşəm, daha əzəmətli. Bizlər o proseslərin şahidi, iştirakçısı və icraçısıyıq". "Olaylar" xəbər verir ki, bunu YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev deyib: "Azərbaycan xalqı inanır ki, vədinə, sözünə sadiq olan cənab Prezident tezliklə Ağdamı yenidən cənnətməkana çevirəcək. 2021-ci mayın 28-də Ağdama səfər çərçivəsində dövlət başçısı Bərdə-Ağdam avtomobil yolunun, 125 hektarlıq Ağdam şəhər meşə-parkında ağacların əkilməsi, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma və Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimlərində, bir sıra obyektlərin açılışında şəxsən iştirak edən ölkə başçısı buna qadirdir. Bu inamla da Ağdama tarixi günün mübarək deyirik".
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun