​​​​​​​Erməni vandallarının cəhənnəmə çevirdiyi torpaqlar humanist Azərbaycan dövləti tərəfindən cənnətə çevrilir- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"Bu gün erməni qəsbkarlarının viran qoyduğu, daşı daş üstə qalmayan işğaldan azad olunmuş ərazilərimiz Azərbaycan dövləti tərəfindən dirçəlməkdə, həyat verilməkdədir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sədaqət Vəliyevanın sözlərinə görə, hazırda dünyada iqtisadi böhranların, təlatümlərin tüğyan etməsinə həmçinin ölkəmizin müharibədən yeni çıxmasına və post pandemiya dövrü olmasına baxmayaraq işğaldan azad olunmuş ərazilərimizdə sürətli bərpa quruculuq işləri həyata keçirilir: "Eyni zamanda Böyük Qayıdış proqramı da uğurla icra olunmaqda və soydaşlarımız öz dədə baba torpaqlarına qayıtmaqdadır. Əlbətdə bütün bunlar Azərbaycan dövlətinin gücünün göstəricisi olmaqla yanaşı həm də humanist Azərbaycan dövləti ilə terrorçu Ermənistanın daha bir fərqidir: Erməni vandallarının cəhənnəmə çevirdiyi torpaqlar humanist Azərbaycan dövləti tərəfindən cənnətə çevrilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31