Azərbaycan xalqı çox xoşbəxtdir ki...- ÖZƏL
20 Noyabr 2023 12:03 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Hər bir xalqın tarixində, onun talehyüklü məsələlərində xilaskarlıq missiyasını öz üzərinə götürərək xalqı bəlalardan xilas edən tarixi şəxsiyyətlər olmuşdur". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sədaqət Vəliyevanın sözlərinə görə, bu mənada Azərbaycan Xalqı çox xoşbəxt xalqdır ki, onun tarixində Heydər Əliyev kimi qorxmaz, qətiyyətli, uzaqgörən, dahi, xilaskar, lider şəxsiyyət olmuşdur: "Azərbaycan Xalqının Ümumilli Lideri, Ulu Öndərimiz Heydər Əliyev ömrünü xalqına və dövlətinə həsr edərək, ali intellekti, yüksək rəhbərlik bacarığı, cəsarəti, vətənə bağlılığı və digər ən yüksək keyfiyyətləri ilə bütün çətinliklərin öhdəsindən layiqincə gəlmiş, Azərbaycanı böyük bəlalardan, faciələrdən xilas edərək inkişaf yoluna çıxarmışdır".