Qarakənd faciəsinin “müəllifləri” azadlıqda gəzirlər- ÖZƏL
20 Noyabr 2023 11:41 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu "Mi-8" helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasının növbəti ildönümüdür. "Olaylar"ın məlumatına görə, millət vəkili Hicran Hüseynova bildirib ki, hazırda həm Qarakənd faciəsinin, həm də ondan sonra xalqımızın başına gətirilən bir çox müsibətlərin, soyqırımların, qətliamların əliqanlı "müəllifləri" azadlıqda gəzirlər, bəziləri hətta işğalçı Ermənistanda yüksək postlarda vəzifələr tutublar: "Keçmişə nəzər salsaq, beynəlxalq terrorçuların, qatillərin və insanlıqdan nəsibini almamış hərbi cinayətkarların gec-tez Əlahəzrət Ədalət qarşısında cavab verdiyinə tarixdən şahid oluruq. Hər il bu hadisəni dərin kədər hissi ilə xatırlayırıq. Faciəli olmasıyla yanaşı həmçinin sirli tarixlərdən biri olan 20.11.1991 "Qarakənd faciəsi"ndən 32 il ötür. O gün səmada Qarabağ vuruldu...Xalqımızın layiqli övladlarına rəhmət diləyirəm. Biz başımıza açılan heç bir "oyunu" unutmadıq! unutdurmarıq!"
Millət vəkili əlavə edib ki, artıq ermənilər tərəfindən terror aktının tödərildiyi Qarakənd kəndi düşmən tapdağından azad edilib və Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xocavənd rayonunda Azərbaycan Bayrağını ucaldıb: "Bu cür hadisələrin unudulmaması isə o baxımdan əhəmiyyətlidir ki, bu günlərə hansı ağrı-acılardan, itkilərdən, silsiləvi məyusluqlardan keçib gəldiyimizi bilək və necə bir kəmfürsət və məkrli düşmənlə üz-üzə olduğumuzu həmişə yadda saxlayaq".