AzTV-dən Fransa Prezidentinə şillə kimi cavab: "Sənin nə ixtiyarın var, Makron?!"

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Fransa Prezidenti Emmanuel Makronun Qranadada Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı olmadan qəbul edilən sənədə etiraz olaraq AzTV-nin efirində süjet yayımlanıb.

Olaylar.az xəbər verir ki, "HƏFTƏ" analitik-informasiya verilişində mövzu ilə bağlı yayımlanan süjetdə QSC sədri və tanınmış teleaparıcı Rövşən Məmmədov Makronun ünvanına sərt fikrlər səsləndirib:

"Ölkəmiz əleyhinə canfəşanlığının hesabatını ver, Makron. Qranadada Azərbaycan Iiderinin iştirakı olmadan qəbul etdiyin sənədin, səsləndirdiyin cəfəng bəyanatların hesabını ver! Başa düşmədik, Azərbaycan sənin koloniyalarından biridir ki, bu ölkənin Prezidenti olmadan 4 nəfər oturub onun taleyini həll edir? Hələ utanmadan Qranada sənədini Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasının yol xəritəsi kimi regiona sırımağa çalışırsan. Hansı haqla, Makron? Sənin nə ixtiyarın var?!"

Keçiddə bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz: https://www.youtube.com/watch?v=QpC-T20UjQg
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31