Peskov: Dünyanın heç bir ölkəsi Rusiya qədər zərbələrə tab gətirə bilməzdi- ÖZƏL

Rusiya höküməti 2022-ci ildə misli görünməmiş sanksiyaların tətbiqindən sonra ölkəni təhdid edən iqtisadi çöküşün qarşısını ala, hətta yüksəlişə keçə bildi. 

Olaylar.az xəbər  verir  ki,  bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinin Teleqram kanalında yerləşdirdiyi "Moskva. Kreml. Putin" proqramına müsahibəsində bildirib.
"Dağılma təhlükəsi var idi, biz həqiqətən də bu çöküşün qarşısını almaq üçün bütün resursları və daxili qüvvələri səfərbər etməli olduq", - deyən Kreml təmsilçisi həmin vaxt Rusiya iqtisadiyyatının görünməmiş sanksiyaların yükü altında qaldığını qeyd edib. 
"Dünyanın heç bir ölkəsi belə bir zərbə ilə üzləşməyib və nəzəri cəhətdən heç bir ölkə belə bir zərbəyə tab gətirə bilməz", deyə Peskov vurğulayıb. O, bunun iki illik "Covid-19"dan sonra baş verdiyini, bunun da iqtisadiyyata böyük zərbə olduğunu xatırladıb.

Ölkə rəhbərliyinin kifayət qədər uzaqgörən, müdrik qərarları sayəsində hökumətin tamamilə gözlənilməz şəkildə artım trayektoriyasına daxil olmaq mümkün oldu". 

Peskovun fikrincə, Rusiya iqtisadiyyatının artımı Avropa Komissiyasının proqnozlaşdırdığı kimi 2% deyil, demək olar ki, 3% olacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31