QDİƏT PM Baş Assambleyasının 62-ci plenar iclası keçirilib

Noyabrın 16-17-dəUkraynanın Kiyev şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi(QDİƏT PM)  Baş Assambleyasının  62-ci plenar iclası keçirilib. "Olaylar" xəbər verir ki, tədbirə Milli Məclisin deputatları - qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri,QDİƏT PM sədrinin müavini Eldar Quliyev, nümayəndə heyətinin üzvləri Eldar İbrahimov, Musa Quliyev, Ramin Məmmədov, Jalə Əhmədova və Elşad Mirbəşiroğluonlayn formatda qoşulublar.

Toplantıda Qara Dəniz regionunda təhlükəsizliyinmöhkəmləndirilməsi, əməkdaşlığın inkişaf etdirilməsindəparlamentlərin rolu, fövqəladə hallar zamanı əməkdaşlıq, uşaq hüquqlarının qorunması və digər məsələlər müzakirə olunub. Həmçinin iclasda bir sıra təşkilati məsələlərə baxılıb, QDİƏT Parlament Məclisinin Baş katibi Asəf Hacıyevqurumun Baş katibi vəzifəsinəyenidən seçilib. Yekunda qurumun növbəti sessiyasının tarixi, yeri və gündəliyi müəyyənləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31