İqtisadi inkişaf insanların gündəlik həyatında öz əksini tapmalıdır- ÖZƏL
17 Noyabr 2023 12:43 Siyasət"Prezident İlham Əliyev tərəfində həyata keçirilən sosial siyasətin uğurla davam etdirilməsi sosial-iqtisadi göstəricələrdə aydın ifadəsini tapır". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Əliabbas Salahzadə deyib: "Bu fikir hər zaman qeyd edilir ki, neftlə zəngin çox ölkələr var. Amma bu resurslar heç də onlara uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi gedir. Lakin Azərbaycanın iqtisadi inkişaf strategiyasının dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsasən müəyyənləşdirməsi bu kimi problemləri yaşamamasına səbəb oldu. Neft gəlirlərinin ədalət prinsipi əsasında bölünməsi əhalinin sosial müdafiəsinə yönələn addımların davamlılığını şərtləndirir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya əsas hədəf kimi qoymaqla yanaşı, belə bir çağırışı da etmişdir ki, iqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Əməkhaqlarının, pensiyaların ildə ən azı iki dəfə artırılması, yoxsulluq kimi sosial bəlanın aradan qaldırılması qarşıya əsas hədəf kimi qoyulur".