30 fəaliyyət göstərən qondarma rejim süquta uğradı- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"Qəhrəman Azərbaycan ordusu xüsusi peşəkarlıq nümayiş etdirərək cari ilin sentyabr ayında 24 saatdan az vaxt ərzində düşmən ordusunun ərazimizdəki qalıqlarını darmadağın etdi. Ordumuzun qüdrətindən lərzəyə gələn düşmən öz imzası ilə dövlətimizin suveren ərazisində 30 fəaliyyət göstərən qondarma rejimin mövcudluğunu ləğv edərək süquta uğradı". "Olaylar" xəbər verir ki, bunu YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev deyib: "Azərbaycan bu Qələbəyə nail olmaq üçün Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi altında 20 il dayanmadan öz mövqelərini möhkəmləndirirdi. Güclü iqtisadiyyat, güclü ordu prinsipi əsasında dövlətimizin iqtisadi potensialı artırılaraq hərbi imkanlar genişləndirildi. Beynəlxalq səviyyədə aparılan çevik və hərtəfəli diplomatik siyasət ölkəmizin haqlı mövqeyini dəstəkləyən dövlətlərin sayını artırırdı. Müstəqil xarici və daxili siyasət məhz güclü iradənin sayəsində mümkün olmuşdur. Nəticədə xalqımız və dövlətimiz öz milli hədəfinə çatmağa nail olmuşdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31