Xanlar Vəliyev özünə yeni köməkçi təyin etdi

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Hərbi Prokurorluqda yeni təyinat olub.

Olaylar.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, Hərbi Prokuror Xanlar Vəliyevin əmri ilə, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda İstintaqa nəzarət şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Sayılov Fərəc Nuhbala oğlu tutduğu vəzifədən azad edilib.

Xanlar Vəliyevin digər əmri ilə, Fərəc Sayılov Hərbi Prokurorun böyük köməkçisi vəzifəsinə təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31