Biz dirçəliş məfhumunun əsl mahiyyətini 28 il sonra, 2020-ci ilin 8 noyabr tarixində başa düşdük- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"17 noyabr 1988-ci ildə Azadlıq meydanında başlanan 18 günlük mitinqlər xalqın oyanışı, dirçəlişi kimi tarixə düşdü və biz bu tariximizlə qürur duyuruq".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Məclisn deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkilinin sözlərinə görə, amma bir tarixi həqiqəti də unutmamalıyıq ki, real nəticəyə, real müstəqilliyə aparan əməli Milli Dirçəliş 1990-cı ilin bu günündən, Ümummilli Liderin məhz 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından "Sovet Sosialist" sözlərini çıxarmağa nail olması və Cümhuriyyətin üçrəngli bayrağını Naxçıvanda rəsmi bayraq kimi qəbul etməsi ilə başladı:
"Biz dirçəliş məfhumunun əsl mahiyyətini 28 il sonra, 2020-ci ilin 8 noyabr tarixində, Şuşa alınarkən başa düşdük. Prezident İlham Əliyev Qələbə nitqində "Əziz Şuşa, biz səni dirçəldəcəyik" deyəndə, biz xalq olaraq bu sözün tam fəlsəfəsinə vardıq.
Bu gün, postmüharibə dövründə isə biz hədəfə doğru inamla, qətiyyətlə irəliləməklə sözün əsl mənasında dirçəlirik. Cənab Prezidentin təsdiq etdiyi "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramı" Qarabağın, Şərqi Zəngəzurun timsalında bu dirçəlişdə bizim nə qədər qərarlı olduğumuzu, qətiyyətlə irəlilədiyimizi dünyaya göstərməkdədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31