Ulu Öndər Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərib- ÖZƏL

"Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərib. 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan olunması ilə əlaqədar Yeni Azərbaycan Partiyasının silsilə tədbirlər keçirir". "Olaylar" xəbər verir ki, bunu YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov deyib: "Xüsusilə gənclərlə görüşün keçirilməsində məqsəd dahi şəxsiyyətin əbədiyaşar ideyalarının yeni nəslə təşviq edilməsidir. Çünki Azərbaycanın müasir tarixi, ölkəmizin inkişafı bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə respublikamız və xalqımız üçün müstəsna xidmətlər göstərib, həmin dövrlərdə bütün sahələr inkişaf edib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31