Azərbaycanda gənclər siyasəti yeni inkişaf mərhələsinə qədəm qoyub- ÖZƏL
17 Noyabr 2023 10:40 Siyasət"Ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır". "Olaylar" xəbər verir ki, bunu YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə deyib. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə olan inamı tarixin yeni mərhələlərində özünü tam doğruldub: "Ölkə Prezidenti İlham Əliyevin böyük uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib. 44 günlük Vətən müharibəsində tarixi qələbə göstərdi ki, bu nəsil Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqın milli maraqlarının pozulmasına heç zaman yol verməz, canları-qanları bahasına da olsa, Azərbaycanın adının, bayrağının ucalarda olmasını təmin edərlər".