Azərbaycan legitim özünümüdafiə hüququndan istifadə edib- ÖZƏL

"2020-ci ildə Azərbaycan BMT Nizamnaməsindən irəli gələn legitim özünümüdafiə hüququndan istifadə edərək Vətən müharibəsində Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il ərzində kağız üzərində qalmış dörd qətnamənin icrasını özü təmin etdi". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Cavid Osmanov deyib. Bildirib ki, Azərbaycan legitim özünümüdafiə hüququndan istifadə edib: "Ərazi bütövlüyümüzü və suverenliyimizi güc yolu ilə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq bərpa etmişik, deyən Prezident İlham Əliyev cari ilin sentyabrın 19-20-də keçirilmiş birgünlük antiterror tədbiri nəticəsində Azərbaycanın Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoyduğunu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdiyini diqqətə çatdırdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31