İƏT ilə Azərbaycan arasında əlaqələr artır - ÖZƏL

"İslam Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan arasında əlaqələrin tarixi kökləri Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonrakı dövrdən başlayaraq qurulmaqdadır".
Bunu Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
"Nəzərə almaq lazımdır ki, İƏT-ə daxil olduğumuz müddətdən bu yana Ermənistan-Azərbaycan arasında baş vermiş Qarabağ müharibəsi və Birinci Qarabağ Müharibəsindən sonra da Azərbaycan ərazilərinin işğal altına düşməsindən sonrakı mərhələləri əhatə edir. Nəzərə almaq lazımdır ki, elə Azərbaycanın müstəqil dövlət kimi, həm də suveren ərazilərinin tanınması məsələsi də regional təşkilat olaraq ilk dəfə İƏT tərəfindən həyata keçirilmişdir və həm Azərbaycanın müstəqilliyini, həm də ərazi bütövlüyünü tanıyıb.
Daha sonra isə Ermənistanın Azərbaycanın ərazini işğal etməsi prosesi ilə bağlı da dəfələrlə İƏT-də qətnamələr qəbul edilib. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan Silahlı Qüvvələri tərəfindən maddi-mədəni irsimizin, tarixi abidələrimizin məhv edilməsi ilə bağlı məsələlər qaldırılıb və onlar Ermənistanın bu vandal hərəkətlərini pisləyən qətnamələr qəbul edib. Bunlar hamısı İƏT ilə Azərbaycan arasında artan əlaqələrdən xəbər verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31