Yaxşı olardı ki, Azərbaycanı ittiham etmədən əvvəl Tomas Kin kimi siyasi riyakarlar-... ÖZƏL
16 Noyabr 2023 16:40 SiyasətArzuman Muradlı: "ABŞ-ın Latın Amerikasında törətdiyi cinayətlərə, Əfqanıstanda dinc insanları qətlə yetirmələrinə diqqət etsinlər"
"Başda Birləşmiş Ştatlar olmaqla, hər kəs qəti şəkildə anlamalı və beyinlərinə həkk etməlidir ki, Azərbaycanla güc, təzyiq, tələb dili ilə danışmaq olmaz. Azərbaycanın heç bir ölkə və ya təşkilat qarşısında öhdəliyi yöxdur və kimlərsə Azərbaycanı öz istəyinə uyğun addımlar atmağa vadar edə bilməz".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında "Dağlıq Qarabağın gələcəyi" mövzusunda keçirilmiş dinləmələri şərh edərkən səsləndirib. İctimai birlik sədri təəssüf hissi ilə deyib ki, Fransa kimi Birləşmiş Ştatlar da erməni lobbisinin əsirinə çevrilib. Arzuman Muradlı Konqresin Nümayəndələr Palatasında dinləmələrin keşirilməsinə ən çox dəstək verən ABŞ-dakı erməni lobbisinin olmasına diqqət çəkərək deyib ki, tədbirin təşkilatçısı olan Konqresin Avropa məsələləri üzrə alt komitəsinin sədri Tomas Kinin sözügedən bədnam dinləmədən əvvəl Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuns ilə görüşməsi bütün detalları çılpaqlığı ilə ortaya qoyur. İctimai birlik sədri Birləşmiş Ştatlarda Azərbaycan əleyhinə artan qərəz və iftira dolu bəyanatlar, fikirıərin arxasında seçki amili dayandığı qənaətindədir:
"Bildiyiniz kimi gələn il Birləşmiş Ştatlarda prezident seçkiləri keçiriləcək. Framsada olduğu kimi, Birləşmiş Ştatlarda da ermənilərin səsi seçkidə mühüm fakrorlardan biri kimi rol oynayır. Bu baxımdan bir çox siyasilər özlərini erməni sevdalısı kimi göstərərək əslində 2024-cü ildə keçiriləcək president seçkiləri üçün erməni lobbisinin dəstəyini qazanmağa çalışırlar".
Arzuman Muradlı hesab edir ki, məqsədin və məramın nə olmasından asılı olmayaraq okeanın o tayında Azərbaycan əleyhinə başlanılan kampaniya yolverilməzdir və bu addım Vaşinqton-Bakı münasibətlərinə ciddi şəkildə mənfi təsir göstərəcək:
"İraqdan Liviyaya, Misirdən Yəmənə, Suriyadan Ukraynaya qədər bütün coğrafiyalara fəlakətlər gətirən, on minlərlə dinc, günahsız insanların ölümünə səbəb olan bir ölkənin Azərbaycana irad bildirməsi, guya Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri zamanı beynəlxalq hüquq prinsiplərini pozmasını iddia etməsi, sözün həqiqi mənasında siyasi əxlaqsızlıqdır. Yaxşı olardı ki, Azərbaycanı ittiham etmədən əvvəl Tomas Kin kimi siyasi riyakarlar Birləşmiş Ştatların Əfqanıstan, Latın Amerikasında törətdiyi cinayətlərə, Əfqanıstanda dinc insanları qətlə yetirmələrinə diqqət etsinlər".
İctimai birlik sədri onu da qeyd edib ki, Birləşmiş Ştatlar daha yaxşı olardı ki, regionda sülh və sabitliyin əldə olunması, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində səy göstərsin:
"Hərçənd Vaşinqtonun tərəflər arasında sülhün əldə olunması istiqamətində səmimi fəaliyyəti də şübhəlidir. Minsk qrupunun həmsədr ölkəsi kimi ötən 30 il ərzində ABŞ-ın keçmiş Qarabağ probleminin həlli istiqamətində heç bir ciddi təşəbbüs irəli sürməməsi və bir qayda olaraq Ermənistanın maraqlarını önə çəkməsi Vaşinqtonun səmimiyyətinə inamsızlıq yaratmışdı".