Eyni yanaşmanı Bakı da ABŞ-a tətbiq edəcək - XİN

ABŞ-ın Azərbaycana yüksək səviyyəli səfərlərinin mümkünlüyünü yersiz hesab edirik.

Olaylar.az xəbər verir ki, bu fikirlər Azərbaycan XİN-in ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayenin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində verdiyi əsassız açıqlamalarına dair şərhində yer alıb.

Bildirilib ki, ABŞ tərəfinin Azərbaycana münasibətdə ABŞ-ın təşəbbüsü ilə keçirilən yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və "ikitərəfli münasibətlərimizdə "əvvəlki kimi" ola bilməz" bəyanatına gəlincə isə qeyd etmək lazımdır ki, münasibətlər birtərəfli ola bilməz:

"Beləliklə, eyni yanaşma Azərbaycan tərəfindən də bərabər şəkildə tətbiq olunacaqdır. Belə bir şəraitdə ABŞ-ın Azərbaycana yüksək səviyyəli səfərlərinin mümkünlüyünü də yersiz hesab edirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31