Artıq ölkəmiz nəqliyyat və loqistika mərkəzlərindən birinə çevrilib- ÖZƏL

"Prezident İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənd şəhərində İƏT in 16-cı Zirvə toplantısındakı çıxışında Azərbaycanda şaxələndirilmiş böyük nəqliyyat-loqistika infrastrukturunun yaradılması, 30 il müddət ərzində Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığını, şəhər və kəndlərimizi viran qoyması, Azərbaycanın ECO nun işinə böyük əhəmiyyət verməsi barədə çıxış etdi. Ölkəmiz Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşir. Son illər Azərbaycanda nəqliyyat-loqistika infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülmüş, bu layihələrə milyardlarla ABŞ dolları sərmayə yatırılmışdır. Artıq ölkəmiz nəqliyyat və loqistika mərkəzlərindən birinə çevrilmişdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamilə Əliyeva deyib: "Ölkə başçımız çıxışında Azərbaycanın nəqliyyat- logistika infrastrukturunun ECO ya üzv dövlətlər üçün açıq olduğunu vurğuladı. Azərbaycan dünyada neft- qaz ehtiyatları ilə zəngin bir dövlətdir və uzun illərdir Azərbaycandan Avropaya neft, neft-kimya məhsulları, təbii qaz ixrac edilir. Ölkəmizdə son illər günəş və küləklə işləyən elektrik stansiyalarının tikilməsi və yaşıl enerji istehsalı istiqamətində böyük layihələr reallaşdırılır. Yaxın gələcəkdə Azərbaycan yaşıl enerji ixrac edən ölkəyə çevriləcək. Ölkəmiz region, eləcə də Avrasiya üçün çox önəmli beynəlxalq iqtisadi layihələrə imza atıb, bu gün də bu işlər davam etdirilir. Ermənistan dövləti isə Cənubi Qafqaz regionunun inkişafı, gücləndirilməsi istiqamətində addımlar atmaq əvəzinə 30 il Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirmişdir. Bu illər ərzində Azərbaycan iqtisadi, siyasi cəhətdən inkişaf edərək güclü dövlətə çevrildi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31