Qərbin Ermənistanı silahlandırmasının səbəbi... - Açıqlama
16 Noyabr 2023 12:26 Siyasət"Fransanın Ermənistana aşkar dəstək göstərməsi, onu silahlandırması bu ölkənin imperialist düşüncələrindən irəli gəlir. Ermənistan artıq öz ərazisini poliqon kimi istifadə etmək üçün Qərbə verib. Bu baxımdan da Ermənistandan təhlükəli məqsədlərində istifadə etsinlər deyə onu silahlandırırlar".

Olaylar.az xəbər verir ki, bunu Bakupost.az -a millət vəkili Elşad Mirbəşiroğlu deyib.
O qeyd edib ki, Avropa İttifaqı və Fransanın Ermənistanı aktiv şəkildə silahlandırmasının başlıca məqsədi Cənubi Qafqaz regionunu geosiyasi qarşıdurma meydanına çevirməkdir. Ermənistan Qərb tərəfindən rahatlıqla idarə olunan ölkədir. Belə olan halda isə bütövlükdə region üçün təhlükəli vəziyyət yaranır:
"Ermənistan ABŞ və Aİ-nin əlində alət olduğu üçün onun törətdiyi cinayətlər və yaratdığı təhdidlərə göz yumulur. Yəni ABŞ və Avropa üçün həqiqət kimi bir amil mövcud deyil, onların öz maraqları var".