Ermənistanın vəziyyəti keçmiş Qarabağ separatçı-terrorçu qurumunun vəziyyəti ilə eynidir- ÖZƏL
16 Noyabr 2023 12:00 Siyasət"Ermənistan Fransadan, Hindistandan və s. ölkələrdən silah alır və alacağını eşitməyimizə də davam edəcəyik. Bunu da Azərbaycanın bağlı olduğu güc mərkəzinə əks güc mərkəzi həyata keçirir".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov Ermənistanın sürətlə silahlanmasını şərh edərkən səsləndirib. Onun sözlərinə görəı, bu silahlanma cəhdlərinin nə qədər uğurlu olub-olmayacağı Azərbaycan üçün bəlli olsa da, Ermənistan üçün əhəmiyyəti qaranlıqdır:
"Ermənistanın vəziyyəti sanki keçmiş Qarabağ separatçı-terrorçu qurumunun vəziyyəti ilə eynidir. Azərbaycanın hərbi gücü bu qondarma qurumu məğlub etməyə 24 saatdan az vaxtda bəs etdi. Ermənistanı da eyni durumda hesab etsək, Azərbaycan gücü daha az vaxta silahlanmış hesab edilən Ermənistanı məğlub etməyə bəs edəcək".