Azərbaycan dünyada güclü və nüfuzlu dövlətə çevrilib- ÖZƏL
16 Noyabr 2023 10:22 Siyasət"Tarixi şəxsiyyət, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqının taleyində misilsiz rolu olub". "Olaylar"ın məlumatına görə, bunu YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev deyib. Bildirib ki, Azərbaycan tarixinin bütöv bir dövrü dahi şəxsiyyətin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır: "Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib. Bu gün Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan dünyada güclü və nüfuzlu dövlətə çevrilib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31