Ulu öndər ölkəmizi məhv olmaq təhlükəsindən qurtardı- ÖZƏL

"1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, ölkəmizi məhv olmaq təhlükəsindən qurtardı". "Olaylar" xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov deyib: "Ümummilli Lider Heydər Əliyevin müasir və müstəqil Azərbaycana rəhbərliyinin əsas nəticəsi ondan ibarətdir ki, dağılmaq ərəfəsində olan ölkəmiz dinamik inkişaf edən bir dövlətə çevrilib. Bu heç də asan başa gəlməyib. Azərbaycanı inkişaf yoluna yönəltmək üçün böyük zəhmət sərf olunub. Odur ki, biz Heydər Əliyevin qurucusu olduğu bugünkü Azərbaycanı daim qorumalıyıq".

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31