Rusiya qoşunları hazırda oradadır, bu, onların ilk müddətidir - Obrayen

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Dövlət Departamenti hesab edir ki, Rusiyanın Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonundakı sülhməramlıları dəyişdirilməlidir.

Olaylar.az sfera.az-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində çıxışı zamanı deyib.

"2020-ci il atəşkəs bəyanatına görə, Rusiya qoşunları hazırda oradadır, bu, onların ilk müddətidir. Bu ölkələr (Ermənistan və Azərbaycan - Qeyd) üçün alternativ olarsa, Rusiya sülhməramlılarının iştirakına artıq ehtiyac qalmayacaq. Onlar artıq sülhməramlılar kimi öz vəzifələrini yerinə yetirə bilməyiblər", - ABŞ dövlət katibinin köməkçisi deyib.

O əlavə edib ki, ABŞ Rusiya sülhməramlılarına alternativ təklif etməyə hazırdır:

"Ən yaxşı yanaşma hər iki ölkəyə alternativ verməkdir - bizimlə və Qərblə işləmək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31