Azərbaycan oyunların mahiyyətindən xəbərdardır- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"Azərbaycan-Ermənistan arasında qeyri-müəyyən durumun davam etməsi təbii haldır. Yaranacaq yeni siyasi regional konfiqurasiya uzun illər iki ölkənin gələcəyini müəyyən edəcək və belə durumda  tərəflərin öz maraqlarını qorumaq üçün manevrlər etməsi normaldır".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, son ana kimi hər kəs öz maraqlarını qorumaqda haqlıdır:
"Təbii ki, mövcud reallıqları nəzərə almaq şərtilə. Reallıq isə bəllidir. Azərbaycan qalib, Ermənistan isə məğlub ölkədir. İndi bu durumda Ermənistanın Qərbdən dəstək almaq cəhdlərinin kökündə düşdüyü məğlub durumdan nisbətən az itki ilə çıxmaq istəyir. Ermənistan yaxşı başa düşür ki, bu prosesdən itkisiz çıxmaq mümkün olmayacaq, amma çalışır ki, bu itkini gələcək perspektivdə uğura çevirə bilsin. Bunun üçün də Rusiyanın yanından uzaqlaşıb, Qərbə yaxınlaşmaqda görür çıxış yolunu. Qərb də Ermənistana olunan təzyiqləri qismən azaldır". 
Politoloq deyib ki, Rusiyanın bu proseslərdə neytral qalması Ermənistana sərf etmir:
"Ona Azərbaycan qarşısında dəstək vermək lazımdır. Bunu da ancaq Qərb edə bilər. Hesab edirəm ki, sülh sazişi o zaman olacaq ki, Ermənistan hesab edəcək ki, Azərbaycandan bundan artıq heç bir güzəşt ala bilməyəcək. Daha artığı Ermənistanın sonu olacaq və bu durumda mütləq sülhə gedilməlidir. Təbii ki, Azərbaycan da oyunların mahiyyətindən xəbərdardır. Bu sülh sazişindən daha çox əldə edə biləcəyi sərhəddi yaxşı bilir. Ona görə də son həddə qədər sinirləri zorlayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31