Ermənistan Qarabağ müharibəsində dərsini aldı - Ərdoğan
15 Noyabr 2023 14:35 SiyasətErmənistan Qarabağ müharibəsində dərsini alıb yerinə oturdu.
Olaylar.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türkiyə Böyük Millət Məclisindəki (TBMM) Qrup toplantısında çıxışında deyib.
"Ermənistan illər boyu xam xəyallar ardınca qaçdı. Qarabağ müharibəsində dərsini alıb yerinə oturdu", - Ərdoğan deyib.
Bundan başqa, Türkiyə prezidenti çıxışında sərhəd təhlükəsizliyi, terrorizmlə mübarizə, iqtisadi məsələlər və Qəzza zolağındakı son hadisələrə də toxunub. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31