ABŞ səfiri yenidən Ermənistan-Azərbaycan sərhədində - FOTO

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

ABŞ-nin İrəvandakı səfiri Kristina Kvien Ermənistan-Azərbaycan sərhədinə gedib.

Olaylar.az xəbər verir ki, bu barədə məlumatı Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası öz "X" hesabında paylaşıb.

Məlumata görə, səfir müşahidə missiyasının Tavuş vilayəti ərazisində həyata keçirdiyi patrul xidmətinə qoşulub. 

Xatırladaq ki, ABŞ səfiri bundan əvvəl də Azərbaycanla sərhəd ərazilərə səfər edib. (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31