Can Azərbaycanla əməkdaşlığımız gündən gündən-günə güclənir - Türkiyəli nazir

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Can Azərbaycanla bir çox məsələlərdə əməkdaşlığımızı və birgə layihələrimizi davam etdirəcəyik.

Olaylar.az-ın məlumatına görə, bu sözləri Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki Azərbaycana rəsmi səfəri zamanı deyib.

"Bakı səfirliyimizdə keçirilən proqramda Azərbaycanın ekologiya və təbii sərvətlər naziri cənab Muxtar Babayev və səfirimiz cənab Cahit Bağcı ilə görüşdük. Hər zaman bir millət, iki dövlət devizi ilə çiyin-çiyinə dayandığımız can Azərbaycanla bir çox məsələlərdə əməkdaşlığımızı və birgə layihələrimizi davam etdirəcəyik", - deyə o bildirib. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31