Məsələnin həlli uzandıqca Ermənistanın vəziyyəti daha da ağırlaşacaq - ÖZƏL

"Fransanın dəstəyi, Qərbin, Avropanın İrəvanı həvəsləndirən bəyanatlarına Ermənistan aldanmamalıdır. Bütün bu proseslərdən uduzan tərəf  Ermənistan özü olacaq".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri AMİP-nin beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev səsləndirib. O deyib ki, hazırda hərə öz marağının davasını apardığı zamanda Ermənistanın marağı haqqında düşünən yoxdur:
"Ermənistanın marağında isə təcili sülh müqaviləsini imzalamaqla, kommunikasiya xətlərini qarşılıqlı olaraq açmaqla iqtisadi vəziyyəti düzəltməyə çalışıb kənar güclərdən asılılıqlarını azaltmaq olmalıdır. Bunun üçün rəsmi Yeravanın marağında Azərbaycanla vasitəçilərsiz,  ikitərəfli danışıqların başlanması olmalıdır. Hətta tərəfsiz ölkə kimi məkan Gürcüstan da ola bilər. Çünki məsələnin həlli uzandıqca Ermənistanın vəziyyəti daha da ağırlaşacaq və hətta gələcəkdə dövlət olaraq mövcudluğu təhlükə altında qalacaq. Rusiyanın ciddi maraqları hələ də ön sıradadır. Belə bir vəziyyətdə Qərbin sona qədər Ermənistanın yanında olacağı böyük sual altında olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31